Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

13.08.2018 15:13     Sosreaksiya     703

Abşeron rayonunda piyadanı avtomobil vuraraq öldürüb. 

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, avqustun 12-də saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər