Şəmkirdə qohumlar arasında atışma: yaralılar var

15.08.2018 13:24     Sosreaksiya     767

Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan TOZ-12 markalı ov tüfəngi götürülüb.

Reaksiya.az

Şərhlər