Mehman Hüseynov avqustun 24-də azadlığa çıxa bilər

17.08.2018 15:16     Sosreaksiya     830

Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.

Musavat.com xəbər verir ki, bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq.

Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində baxacağı bildirilir.

M.Hüseynovun vəkili bildirib ki, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.

Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib.

Reaksiya.az

Şərhlər