Tovuzdan Kiyevə qardaşını görməyə getdi, ikisi də öldü

18.08.2018 15:26     Sosreaksiya     722

Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb.

Report-un məlumatına görə, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Nadejda Məmmədova Kiyevə qardaşının yanına qonaq gedib.

O, Ukrayna vətəndaşı olan qardaşı, 1956-ci il təvəllüdlü Sergey Trenti ilə birgə magistral yolda avtomobill qəzasına düşüb. Belə ki, onların olduqları avtomobil başqa bir avtomobilə toqquşub. Nəticədə bacı və qardaşı hadisə yerində ölüb.

Məlumatlara görə, qəza nəticəsində digər avtomobilin sürücüsü də aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Ukraynanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Reaksiya.az

Şərhlər