“Onların gücü bizə çatır” - Azərbaycanlı deputat qəzəbləndi

24.08.2018 13:36     Sosreaksiya     878

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur aidiyyəti qurumların futbol stadionlarında azərbaycanlıların təhqir edilməsinə qarşı tədbir görməməsinə etiraz edib.

O, hökuməti azərbaycanlılara qarşı etinasızlıqda ittiham edib.

Nadir Qazipur Təbrizin “Traktor” klubu ilə Tehranın “İstiqlal” və “Perspolis” komandaları arasında keçirilən oyunlara diqqət çəkib:

“Hər kəs bu oyunlarda Azərbaycan türklərinin təhqir edilməsinə səssiz qalır, onların gücü elə biz türklərə çatır.

Yarışlar elə keçirilməlidir ki, heç bir oyunçu və ya komanda tərəfdarı təhqir olunmasın. Rəsmi şəxslərdən istəyim budur ki, “İstiqlal” və “Perspolis” digər şəhərlərin komandaları ilə qarşılaşanda başqa-başqa millətlərin təhqir olunmasına icazə verilməsin”.

Reaksiya.az

Şərhlər