Nobel mükafatçısı azərbaycanlı tələbənin sualına 1 ildən sonra BELƏ CAVAB VERDİ

28.08.2018 13:36     Sosreaksiya     722

Kimya üzrə Nobel mükafatı laureatı türkiyəli alim Əziz Sancar “Cümhuriyyət” qəzetinə elmlə bağlı fikirlərini bölüşüb.

Professor müsahibəsində Azərbaycana səfərini də xatırlayıb.

Elmi düşüncə və üsullarla dünyada baş verənləri anlamağın mümkün olduğunu qeyd edən Ə.Sancar bunları deyib:

“Azərbaycanda bir tələbə onu maraqlandıran bir sual vermişdi. Ona bunları demək istəyirəm: Bax, mən müsəlmanam, eyni zamanda, molekulyar biologiya və biokimya mütəxəssisiyəm. Bu araşdırmalarımda dini düşünmürəm. Elmi mövzular dini inanclarla həll olunacaq mövzular deyil. Mənim bu uşaqlarla toplantım saat 16:00-da olacaqdı. Lakin proqram sürüşdürüldü və axşam saat 20:00-da baş tutdu. Mənəvi qızım Roza çox acımışdı və mənə bir an öncə gedək deyirdi. Mən də çox yorulmuşdum. Təlaşla nələrsə demək və qısa çıxış etmək istədim. Demək istədiyim bu idi: Elmlə məşğul olarkən “Allahım, inşallah, bu sınaq alınar” deyirəm. Amma “Allahım, bu sınağı uğurlu et” demirəm. O həngamədə elə çıxdı ağzımdan. Millət, onsuz da, ortalığı bir-birinə qatmaq üçün səbəb axtarır. Ayrıca, sözlərimin sadəcə bir qismi götürülüb və “Əziz Sancar təkamülə qarşı” kimi yayılıb”.

Genetikada böyük bir inqilab edən, genlərdən istəndiyi kimi sürətli və təhlükəsiz şəkildə nəticə alınmasını təmin edən ixtiralardan olan “CRISPR-Cas0” texnologiyasını xatırladan Nobel mükafatçısı bu texnologiyanın biri amerikalı, digəri fransız olmaqla, iki elm adamı və litvalı biokimyaçı Virginius Siksinus tərəfindən kəşf edildiyini vuğulayıb:

“Bu litvalı elm adamına, kim bilir, nə qədər az maddi dəstək olunub. Bu, Türkiyədən də çıxa bilərdi. Ancaq inanları araşdırmalarında rahat buraxacaqsan. Hər kəs azad şəkildə işləyəcək. Elm hər cür təzyiqdən uzaq olmalıdır”.

Qeyd edək ki, Əziz Sancar ötən ilin iyun ayında Azərbaycana səfər etmiş və Bakının bir sıra universitetlərində müəllim və tələbə heyəti ilə görüşmüşdü. Görüş əsnasında tələbələrdən biri professora din və elm arasında münasibətlərə aid sual vermiş və Əziz Sancarın bu suala verdiyi cavab mübahisələrə səbəb olmuşdu. Professor suala “mən müsəlmanam və müsəlman olduğumu hər yerdə deyirəm. Müsəlmanlığımla öyünürəm. Türkiyədəki təkamül müzakirələri mən çox üzür… Türkiyənin bir çox problemi var. Mən Allaha inanıram. İstəyən təkamülə inanar, istəyən inanmaz. Ancaq bunu durub böyük dövlətin, millətin problemi edərək enejimizi boşa xərcləyirik” şəklində cavab vermişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar