Azəriqaz sayğaclara müdaxilə edib, vətəndaşlara borc yazır - VİDEO

05.09.2018 12:05     Sosreaksiya     1970

Türkan qəsəbə sakini Rəsmiyyə Cəfərovanın ReaksiyaTV-yə müraciət edərək, bildirib ki, Azərqaz artıq ikinci dəfədir ki, onların qaz sayğacına müdaxilə edərək, 1500 AZN borc yazıb.

Cəfərova bildirib ki, ötən ilin may ayında ölkə xaricində olduğu vaxtda Azəriqaz -ın əməkdaşları onlara gələrək ümumi küçədə yerləşən qaz sayğaclarının dəyişdiriləcəyini bildirərək məktəbli uşağa anasının əvəzindən akta qol çəkdirərək anan gələndə Asan komunnaldan yeni kartı alar deyiblər. Vətəndaş səfərdən döndükdən sonra Asan komunnala gedib kartı almaq istədikdə ona sayğaca müdaxilədən 500 manat cərimə borcu olduğunu bildiriblər. Cəfərova borcu ödəyib kartını alsa da yenidən bu cür halla qarşılaşıb. Belə ki, evlərinə verilən qazın dayandırılması ilə əlaqədar Asan Komunnala yenidən müraciət edən 1500 manat borcu olduğu bildirilib. Bu borc ödənilməsə qazın verilməsi mümkün olmayacaq deyə bildiriblər.

Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, bu cür problemlə təkcə Xəzər rayon sakinləri deyil bir çox rayonlarda eləcə də Binəqədi rayonu ərazisində yaşayan sakinlər də üzləşiblər. Sakinlər şikayət eləsə də ediən şikayətlər nəticəsiz qalıb. Beləliklə də Azəriqaz əhalinin cibinə girməkdə davam edir.

Reaksiya.az

Şərhlər