Sosial evlərin satışı yenə baş tutmadı - Sistem çökdü

05.09.2018 12:32     Sosreaksiya     845

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.

Bu barədə MİDA-nın Feysbuk səhifəsində məıumat yayılıb.

Satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.

"Mənzil seçimi prosesi hal-hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək" - MİDA-nın vətəndaşlara müraciətdə qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar