Gəncə Şəhər İcra Hakimiyyətinin daha bir əməkdaşı işdən çıxarılıb

11.09.2018 13:11     Sosreaksiya     661

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Reaksiya.az

Şərhlər