Sumqayıtlı gənc sevdiyi qıza görə özünü asıb

11.09.2018 13:22     Sosreaksiya     800

Sumqayıtlı gənc sevdiyi qıza görə özünü öldürüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin "gecəqondu" məhəlləsi deyilən ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Abışov Elman Elxan oğlu özünü yaşadığı evdə asaraq öldürüb. Yaxınları bildirib ki, Elman Abışov sevdiyi qızdan "yox" cavabı aldığı üçün özünü asıb.

Gəncin meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər