Mingəçevirdə fəhlə yataqxanasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

11.09.2018 14:36     Sosreaksiya     792

 Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerində ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər