Erməni nazir Məmmədyarovla görüşündən danışdı

11.09.2018 14:57     Sosreaksiya     688

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yaxın gələcəkdə növbəti təkbətək görüşün keçirilməsi mümkündür.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün keçiriyi mətbuat konfransında jurnalistlərin “azərbaycanlı həmkarınızla yaxın gələcəkdə görüş keçirəcəksinizmi” sualını cavablandırarkən deyib.

“Rəsmi Yerevan münaqişənin nizamlanması üçün danışıqları davam etdirməyin tərəfdarı olduğunu və danışıqlar prosesində iştirak edəcəyini bəyan edib. Artıq azərbaycanlı həmkarımla bir görüşümüz baş tutub. Gələcəkdə növbəti görüşün keçirilməsi mümkündür”, – deyə Mnatsakanyan bildirib.

Reaksiya.az

Şərhlər