JURNALİST NİGAR İSMAYILQIZI 34 YAŞINDA VƏFAT EDİB

14.09.2018 11:33     Sosreaksiya     919

Jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı ağır xəstəlikdən sonra 34 yaşında vəfat edib.
 
Reaksiya.az-ın xəbərinə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.
 
İsmayılova Nigar İsmayıl qızı 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da telviziya sahəsində işləyib.
 
Allah rəhmət eləsin!

Şərhlər