Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində gecə vaxtı döyüş atışları keçirilib

21.09.2018 11:20     Sosreaksiya     680

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

 

 

 

Şərhlər

Çox oxunanlar