Ramil Usubovdan yeni təyinat

19.10.2018 12:11     Sosreaksiya     695

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov vəzifəsindən azad edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə nazir Ramil Usubov əmr imzalayıb.

Q.Rəhimov yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Nazirin digər əmri ilə BŞBPİ-nin  mətbuat xidməti rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

Reaksiya.az

Şərhlər