Qurban Yetirmişli ölkə ərazisindəki seysmoloji vəziyyəti açıqladı

23.10.2018 11:58     Sosreaksiya     681

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, il ərzində respublika ərazisində 5 mindən çox təkan baş verir

“Respublika ərazisində gün ərzində ən azı 5-6 yeraltı təkan olur”. Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sürüşmə zonasında keçirilən brifinqdə deyib.

Qurban Yetirmişli: “Gün ərzində ən azı 5-6 yeraltı təkan olur”
 


“Azərbaycan seysmoaktiv bölgə olduğu üçün burada gündəlik olaraq təkanlar baş verir. Ancaq baş verən təkanların maqnitudası çox aşağıdır. İl ərzində respublika ərazisində 5 mindən çox, həmsərhəd bölgələrdə baş verənləri də hesablasaq 8-9 mindən çox təkan baş verir” — deyə o bildirib.

Reaksiya.az

Şərhlər