Bakı-Qazax yolunda 2 avtomobil toqquşub

11.11.2018 14:50     Sosreaksiya     924

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Reaksiya.az "Report"un Qərb bürosuna istinadən verdiyi məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Şəmkir rayon sakini Telman Mustafayev müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya müraciət edən T.Mustafayevə tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlu dünyasını dəyişib.

Reaksiya.az

 

Şərhlər