Nazirdən MÜJDƏ: 21 min yeni iş yeri açılacaq

13.11.2018 13:54     Sosreaksiya     927

“Ölkə prezidentinin fərmanlarından irəli gələrək gələn il ölkədə investisiya xərcləri nəticəsində 21 mindən çox yeni iş yerinin açılacağı proqnozlaşdırılır”.

Bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payının 3.6 faiz artımı proqnozlaşdırılır:

“Neftin bir bareli uzun müddətli proqnoza əsasən, 60 dollar müəyyən edilib. Gələn il investisiya xərcləri əsasən dəmir yollar, avtomobil yollarının təmiri, yeni kənd yollarının çəkilməsi, ölkənin enerji istehsalının təmin edilməsi, təhsil və səhiyyəyə yönəldiləcək. İnvestisiya xərcləri nəticəsində 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Bununla yanaşı 181 istehsal müəssisəsinin fəaliyyətə başlayacağı proqnozlaşdırılır ki, bu 19 min yeni iş yerinin açılmasına imkan yaradacaq. Habelə qeyri-neft sektorunun dövlət büdcəsində payının 3.9 faiz artması proqnozlaşdırılır”.

 

Nazir bildirib ki, növbəti 5 ildə kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi bu sahədə inkişafa səbəb olacaq:

“Bu il turizm sektorunda 7.6 faiz artım müşahidə edilib. Gələn il bu sektorda 6.7 faiz artım proqnozlaşdırılır. Yoxlamaların dayandırılmasından sonra 488 yoxlama keçirilib. Yoxlamalar dayandırılmadan 35 ay əvvəl onların sayı 170 mindən çox olub”.(publika)

Reaksiya.az

Şərhlər