Bakının bu ərazisində su olmayacaq

15.11.2018 12:16     Sosreaksiya     626

Bu gün Bakının Hövsan qəsəbəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Reaksiya.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudiyyətlər Suraxanı rayonu Hövsan qəsəbəsini içməli su ilə təchiz edən magistral kəmərdə baş vermiş qəza ilə əlaqədardır.

Reaksiya.az

Şərhlər