Gədəbəy "ağ örpəyə" bürünüb

15.11.2018 14:09     Sosreaksiya     768

Bununla da Gədəbəydə artıq qışın başladığını demək olar

 Gədəbəy rayonuna qar yağıb. Reaksiya.az xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkədə məlumat paylaşıblar.

Sosial şəbəkə istifadəçiləri onu da vurğulayıblar ki, bu, rayona yağan ilk qar deyil. Bir ay bundan öncə də Gədəbəyə qar yağıb. Ancaq gecə yağan qar səhərə əriyib.


Budəfəki qar isə o qədər də tez əriyənə bənzəmir. Çünki rayonda hava çox soyuqdur, artıq şaxta hiss olunur. Bəlkə də elə bununla da Gədəbəydə artıq qışın başladığını demək olar.

Reaksiya.az


 

Şərhlər

Çox oxunanlar