Mir Cəlalın 110-cu ildönümü ilə bağlı dərgi nəşr olunub

Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan Kardeş Kalemler Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 143 - cü sayı nəşr olunub. 

Mir Cəlalın anadan olmasının 110-cu illiyinə həsr olunan jurnalda V. Beynəlxalq Kaşğarlı Mahmud Hekayə Yarışmasında Türkiyədə dərəcəyə girən hekayələr dərc olunub.

Dərginin bu sayında Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, Filologiya elmləri namizədi Almaz Ülvinin, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının, tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasının professoru Təyyar Salamoğlunun, şairə - jurnalist Şəhanə Müşfiqin Mir Cəlalın xatirəsinə bədii – publisistik yazıları yayınlanıb. Bundan başqa, Mir Cəlalın iki hekayəsi də Türkiyə türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib. 

Qeyd edək ki, dərgi Avrasiya Yazarlar Birliyi və Türkiyə Respublikkasının Ankara şəhərində yerləşən “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin əməkdaşlığı sayəsində işıq üzü görüb. 

Yazıları Dərnəyin əməkdaşı yazar – tərcüməçi Oktay Hacımusalı hazırlayıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər