Azərbaycanda dəhşət: Ana bətnindəki körpəsini öldürdü

Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

 

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar