Kompüter oyunlarının uşaqlara vurduğu daha bir zərbənin üstü açılıb

Araşdırma çərçivəsində alimlər müəyyən edib ki, kompüter qarşısında çox oturan uşaqların beyninin toxumasının strukturu dəyişir.

Kompüter oyunları uşaqlaırn baş beyin qabığını nazikləşdirir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, uşaqlar kompüter qarşısında çox oturub oyun oynadıqları və internetdə zaman keçirdikləri zaman onların beyinlərinin inkişafı zəifləyir. Bu qərara ABŞ Milli Sağlamlıq institutunun ekspertləri apardıqları araşdırmalarının nəticəsində gəlib.

Araşdırma çərçivəsində alimlər müəyyən edib ki, kompüter qarşısında çox oturan uşaqların beynin toxumasının strukturu dəyişir.

Həkim Haya Doulinq qeyd edib ki, bu intelektual inkişafa cavabdeh olan baş beyin qabığına da aid edilir. Bu da beyinin erkən qocalmasına səbəb olur.

Eyni zamanda qeyd edilib ki, kompüter oyunlarına aludə olan uşaqlarda müsbət emosiyalar və zövqlərə görə cavabdeh dofamin hormonunun xaric edilməsi yüksəlir. Bu da öz növbəsində şəxsin vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, şizofreniya və digər psixi xəstəliklərin inkişafına səbəb ola bilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar