Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib

13.12.2018 15:20     Sosreaksiya     945

Dekabrın 13-də Dövlət Gömrük Komitəsi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun ideya rəhbərliyi altında keçirilən aksiyada Bakı Baş Gömrük İdarəsinin 50-dən çox əməkdaşı iştirak edib.
Bahadur Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra gömrükçülərdən qan götürüblər.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Qeyd edək ki, bu cür aksiyalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək məqsədilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların qana olan təlabatını ödəmək üçün təşkil olunur.

Reaksiya.az

Şərhlər