Mübariz İbrahimovun şərəfinə medal təsis edildi

21.12.2018 14:51     Sosreaksiya     675

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.

“M.İbrahimovun şərəfinə medalın təsis edilməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.

 

O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.

Reaksiya.az

 

Şərhlər