Əli Əhmədov: İnkişaf təkcə Bakı ilə məhdudlaşmır

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, YAP-ın üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovkonfransda çıxış edərək deyib ki, ölkəmizin inkişafı mərhum Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. 

“Ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı şəhəri ilə məhdudlaşmır, bütün bölgələrimizi əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə prezident İlham Əliyevdir.

Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə quruculuq işləri aparılır”, - deyə Ə.Əhmədov əlavə edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar