HƏR KƏS GÖRÜNDÜYÜ KİMİ OLMAYA BİLƏR

Bir insanla qohum ola bilərsən, bir qanı daşıya bilərsən, illərin dostu ola bilərsən amma onu tanımaya da bilərsən. Bir misal çəkəcəm, deyirlər bir insanı yaxından tanımaq istərsənsə onunla yol yoldaşı ol.
Aybəniz Qaragiləni illərlə həmkarım kimi tanımağıma baxmayaraq yol yoldaşı olmamışdım. Demək ki, qismətdə bu da varmış. Onu hər kəs biraz qadınlara xas olmayan kobudluğu ilə suçlarlar. Mən onu tanıdıqda kişi xarakterinə xas olan kobudluğunun səbəbini araşdırdım. Əslində buna kobudluqda deməzdim. Artıq bizdə sözü üzə deməyi bacarana kobud deyirlər. Aybəniz xanım Azərbaycanın qanlı qadalı günlərində döyüş bölgələrində olaraq sinəsini qarşıya verib əlindən gələni əsirgəməyərək Vətən oğullarının igidliyini yazdı. Səngərlərə kimi getdiyindən söz açdı. Söhbət əsnasında döyüş bölgələrindən danışarkən ən çox Qubadlıda lll batalyonda olduğundan danışdı. Demək olar ki, birlikdə olduğumuz boş vaxtlarımızda onu çox araşdırdım. Jurnalist kimi hər bir bölgədə olduğunu həm fərəhlə, həm də göz yaşlarına boğularaq danışdı. Yaralılarımızı, dünyasın dəyişən şəhidlərimizi gözləri ilə görən bir qadının nədən belə kişi xarakterli olduğunu anladım.Bu xarakter ona illərin vurduğu psixoloji sarsıntının nəticəsi idi.
Aybəniz xanımın qəlbi uşaq saflığı ilə əhatə olunsada simasında bir sərtlik, bir ciddilik onu tanımayanlara tam fərqli göstərə bilər. Araşdırdıqca Vətəninə bağlı bir Azərbaycan qadının görünməyən çox müsbət xarakterlərini aşkarladım. Hər zaman dediyim fikrimi yenə oxucularımla bölüşürəm. "Hər kəs göründüyü kimi olmaya bilər". O da bir çoxlarına fərqli görünsə də mən onu tam əksini gördüm. Ciddiyətinin arxasında yumşaq ürəkli qadın, kobudluğunun arxasında mehribanlıq daşayan ana, ciddi baxışların arxasında isə torpaq həsrəti daşıyan iki nəmli göz gördüm.
Ankaraya səfəri Azərbaycanı təmsil etmək, "Türana açılan könüllər antalogiyası"nın təqdimatını keçirmək. Yazar və şairlərin hər birini Türk dünyasının birləşməsi üçün qələmə sarılmalarına xidmət etmələrini tövsiyyə etməsi oldu bu qadının.

Almaz İlahə

 

Advertisement Banner

Şərhlər