Ermənilərin atəşi nəticəsində ziyan dəymiş 121 ev bərpa edilir

Ağdam rayonunda ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb.

Report-un məlumatına görə, bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin imzaladığı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən aparılır.

Qeyd edək ki, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev " report"un Qarabağ bürosuna bildirib ki, 19 kənddəki 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq: "Artıq Qaradağlı, Əfətli və Evoğlu kəndlərində söküntü və tikinti işlərinə başlanılıb. Əfətlidə 25, Qaradağlıda 21, Zəngişalıda 12, Çəmənlidə 33, Əhmədağalıda 11, Qərvənddə 12, Təzəkənddə isə 7 evdə əsaslı təmir və bərpa işləri aparılacaq".

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar