Sahil Babayev özünə yeni müşavir təyin etdi

21.01.2019 13:12     Sosreaksiya     842

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, M.Abbasbəyli bu gündən nazirlikdə fəaliyyətə başlayıb. 

Qeyd edək ki, o, 2018-ci ilin sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.

 

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.

Reaksiya.az

Şərhlər