Bakıda 67 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub

22.01.2019 13:02     Sosreaksiya     647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Qoçayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Qoçayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Qoçayev Bakı şəhər sakini Rəhman Abdurəhmanova xaricdən elektorn mallar gətirəcəyini vəd verib. O, R.Abdurəhmanovdan 67 min manat pul alıb, lakin sonradan vədinə əməl etməyib. Zərərçəkmişin şikayəti əsasında S.Qoçayev həbs edilib. 

Reaksiya.az

Şərhlər