Azərbaycanın sürücülük vəsiqələri xaricdə tanınacaq - YENİ DƏYİŞİKLİK

28.01.2019 13:57     Sosreaksiya     694

 Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.
 
Reaksiya.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
 
Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
 
Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.(report)

Şərhlər