Neft bahalaşmaqda davam edir

31.01.2019 13:22     Sosreaksiya     770

Həftənin dördüncü günü neft yenidən bahalaşır. OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə qətiyyətli informasiyalar səsləndirməsi fonunda neft alıcıları daha da aktivləşiblər.

Reaksiya.az xəbər verir ki, dünən dolların uçot dərəcəsinin sabit saxlanılması barədə FES-in qərarı iqtisadiyyatın inkişaf edəcəyini deməyə əsas verir, bu isə neftə tələbatı artırır.

Üstəlik, sabah bazarın diqqəti Vaşinqtonda ABŞ-Çin ticarət görüşmələrinə yönələcək. Bu xəbər özü artıq bazarda “qara qızıl”ın dəyərinin yüksəlməsinə səbəb olub.  

 

Hazırda onlayn neft ticarəti ilə bağlı göstəricilər bahalaşmanı göstərir. Belə ki, neft ticarətinin açılış göstəricisi 61.56 dollar olduğu halda, Bakı vaxtilə saat 10:00-a “Brent” markalı neftin qiyməti 62.11 dollara qalxıb.

Bu isə daha üstün keyfiyyət göstəricisinə malik olan Azərbaycan neftinin də bahalaşacağını deməyə əsas verir.  

ABŞ-ın Enerji Agentliyinin məlumatına görə, bu ölkədə benzin ehtiyatları 2.24 milyon barel azalıb. Analitiklər benzin ehtiyatlarının 2.8 milyon barelə qədər artması və distillə olunmuş ehtiyatların 2 milyon barelə düşməsini proqnozlaşdırırlar. ABŞ-da neft hasilatı 1983-cü ildən gündə 11.9 milyon barel səviyyəsində qalıb.

Reaksiya.az

Şərhlər