Milli Məclisin yaz sessiyası başladı

01.02.2019 12:34     Sosreaksiya     789

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb. Spiker Oqtay Əsədov deputatları və media mənsublarını salamladıqdan sonra Dövlət Himni oxundu. Sədr dedi ki, Milli Məclisin yaz sessiyası dövründə hökumətin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsi müzakirə ediləcək, həmçinin Ombudsmanın hesabatı dinləniləcək.

Bundan sonra İntizam komissiyasının yeni, 11 nəfərlik tərkibi səsə qoyuldu və qəbul edildi. Həmçinin deputatlar Hesablayıcı komissiyasının yenidən təşkil olunmasına səs verdilər.(Musavat.com)

Şərhlər