Rusiyada azərbaycanlı biznesmenin qatili tutuldu

05.02.2019 12:14     Sosreaksiya     767

Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətli sifarişli olub. Qatil peşəkarcasına hərəkət edib. 

Echosevera.ru saytının verdiyi məlumata görə, ilkin ehtimallarda qətlin şəhərin Plesetsk və Karqopolsk rayonlarında gedən meşə sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı olduğu bildirilib. 

Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində ələ keçib. Polis bölməsinə gətirilən 47 yaşlı kişi cinayəti etiraf edib. 

Xatırladaq ki, A.Hüseynovun cəsədi yanvarın 31-dən fevralın 1-nə keçən gecə Karqopolsk rayonunda tapılıb. 

Reaksiya.az

Şərhlər