Erməni girovluğunda olan Azərbaycan vətəndaşı azadlığa buraxıldı

05.02.2019 16:14     Sosreaksiya     647

2017-ci ilin fevral ayının 1-də cəbhənin Qazax istiqamətində əsir düşən Azərbaycan Respublikası vətəndaşı Elnur Elman oğlu Hüseynzadə ötən gün azadlığa buraxılıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib.
 
Qeyd edək ki, tanınmayan "Dağlıq Qarabağ Respublikasında” keçirilən məhkəmə prosesi zamanı Elnur Hüseynzadə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun indi harda olması barədə dəqiq məlumat yoxdur.
 
 

Şərhlər