Nazir şəhid ailələrinə ödənişlərin niyə gecikdiyini açıqladı

19.02.2019 12:21     Sosreaksiya     350

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə bildirib ki, gecikmə sənədlərin toplanması ilə bağlı olub:

“11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı ötən ilin oktyabrın sonunda ilkin məlumat toplandı və bu məsələ ilə bağlı iş başlanıldı. Bu iş üzərində ötən ilin noyabrından etibarən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti tərəfindən iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya hazırlanıb”.

 

Sahil Babayev bildirib ki, yekun qərarda 2700-dən artıq insanın sənədləri toplanıb:

“Proqramın hazırlanması üçün proses üç ay çəkdi. Çünki 3000-ə yaxın insanın sənədlərinin toplanması asan məsələ deyil. Biz hər bir sənədə bir-bir baxırdıq.

Daxili İşlər Nazirliyi arxivdən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu açıqlayıram, çünki adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur”.

“Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında da çıxışı zamanı sənədlərin toplandığını və sənədlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bildirmişdi. Məsələ ondadır ki, həmin insanların böyük əksəriyyəti sığorta ödənişi almışdı.

İlham Əliyevin tapşırığın əsasən, həmin dövrün tələbinə görə, 1992-1997-ci illərdə onlara ayrılan sığorta məbləği araşdırılır. Həmin vaxt alınan məbləğ minimum əməkhaqqının 1000 qatı idi”, - deyə nazir qeyd edib.

Reaksya.az

Advertisement Banner

Şərhlər