Ekspert: Prezident fərmanı ilə köklü dəyişikliklərə təkan verdi

20.02.2019 14:32     Sosreaksiya     870

Nizamı rayonu Əli Vəliyev küçəsi 9 A ünvanında yaşayan sakinlər neçə illərdir ki, təbii qaz üzünə həsrətdirlər. “KAT LTD” MMC tərəfindən 2006-ci ildən sakinlərin istifadəsinə verilən hündürmətəbəli binaya illər keçməsinə baxmayaraq hələ də təbii qaz verilmir.

Bu barədə Baku TV-nin süjetində deyilir.

Binanın komendantı deyir ki, doqquz möhürlü sənədi sakinlər öz hesabına əldə ediblər, bircə qalıb Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etməli olduğu sənəd.

 

Bu sənədi isə binanı tikən sifarişçi təqdim etməlidir. Həmin şəxs də ortalıqda yoxdur. 

Ekspert Ramil Osmanlının sözlərinə görə, 2000-ci illərdən etibarən Bakıda çoxmənzilli, hündürmərtəbəli binalar tikilir. 

“20 ilə yaxın zamandır ki, bu tip binalarda məskunlaşanların mənzil istismar problemləri bitmir. Bu problemlər isə Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri daxilində həll oluna bilən məsələlərdir. Lakin müxtəlif tikinti şirkətləri və onların rəhbərləri ilə Bakı Şəhər İcra Hakimiyyətinın anlaşa bilməməsi bir çox şikayətlərə, ərizələrin yazılmasına hətta korrupsiya faktlarına qədər gətirib çıxarırdı. 

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı bu tip problemlərin həll olunması istıqamətində köklü dəyişikliklərə təkan verdi.

Ekspert deyir ki, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzillər yoxlamadan sonra qəzalı vəziyyətdədirsə və yaxud, tikinti zamanı şirkət rəhbərlərinin binanın sənədləşməsində əskikliklər aşkar olunub mənfi rəy verilərsə, o zaman şirkət rəhbərlərinə beş ay vaxt verilir ki, meydana çıxan problemləri həll edib yenidən FHN- nə rəy üçün müraciət etsin.

Qeyd edək ki, çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

 

Reaksiya.az

Şərhlər