Həlimə Qəmərlinskaya: "Bu xanımlar xroniki yorğunluq və yuxusuzluq sindromundan əziyyət çəkirlər..."

06.03.2019 12:04     Sosreaksiya     936

Sürətli inkişaf dövrününü tələbləri qadınları kişi rolunu öz üzərinə götürməyə, pul qazanmağa, ailəni maddi baxımdan təmin
etməyə və bizneslə məşğul olmağa sövq edir. Bütün bunlar özünə neqativi cəlb edən qadının nitqində əskini tapmağa başlayır.
Bəziləri tədricən unudur ki, o, zərif, daxilən özü ilə harmoniyada və hüzur içində olmalıdır.
 
Bunlarin baş verməməsi üçün uğurlu bizneslə məşğul olan xanımlar nələrə diqqət etməlidir?
 
Psixoloq Həlimə xanım Qəmərlinskaya bu problemlərin aradan qaldırılması istiqamətində yaranan sualları cavablandırıb...
 
Həlimə xanlm, uğurlu biznes-ledi olmaq üçün nələrin olması vacibdir?
 
- Çex yazıçısı Karel Çapek vaxti ilə deyib ki, əgər qadın məğlub olmursa, deməli o, qalib gəlir. Əgər məğlub olursa, o qalib gələnlərə
diqtə edir. Deməli, qadının uğurlu biznes-ledi olması üçün o daha çox yumşaq, adaptasiya etməyi bacaran olmalıdır. Bütün
dəyişikliklərə öz ideyalarıyla, davranışlarıyla daha tez uyğunlaşmalıdır. Ümumiyyətlə, son illər dünyada, eləcə də Azərbaycanda qadınlar
öz işərini qurmağa başladılar. Hətta Azərbaycan üçün çətin olan 90-cı illərdə - kimsə həyat yoldaşını müharibədə itirirdi, yaxud da
boşanmalar zamanı ailəyə qadın özü baxırdı və iqtisadi böhranlar zamanı iş yerini itirən kişilərə də ailə də qadın baxmalı
idi.
 
Elə həmin illərdə xırda biznesdə qadın sahibkarların sayı sürətlə artmağa başladı. Çox xoş haldır ki, son 10 ildə ölkəmizdə minlərlə xırda
şirkətlərin başında qadınlar dayanır. Bunlar əsasən, qidalanma, dəb, tikiş, kosmetika və kosmetik baxımlar, eləcə də, idman sahəsində -
fitnes və aerobika sferasındadır. Azətbaycanda indi də bu biznesin başında qadınların sayı çoxluq təşkil edir. Lakin onlar da kişilərdə
olduğu kimi hansısa problemlərlə qarşılaşırlar. Rusların bir misalı var, canavarı ayaqları yedirdir. Onlar uğur dalınca qaçmalı
olduqlarından öz stillərində, geyimlərində, davranışlarında, prioritetlərində dəyişiklik etməyə məcbur olurlar.
 
Qadınların biznesdə rolu və ona təsiri... Qadınlar üçün korporativ şəkildə, ya kiçik bizneslə başlayıb boyük işlər görmək üçün
uğurlu planlar qurmaq əlverişlidirmi? Yəni startapla başlamaq daha asandır, ya hazır bizneslə məşğul olanlarla işləyərək öz
biznesini qurmaqla başlamaq...
 
Əslində, fəqli təcrübə ola bilər. Məsələn, mən 12 il dövlət sektorunda çalışmışam. Daha sonra 5 il korporativ şəkildə davam edib,
oradan da ayrıldım. Tək fərdi formada intelektual biznesle, biznes konsultasiyalar verirəm. Bu mənə daha əlverişli oldu. Çünki dövlət
sektorunda bir həkim kimi tam incəliklərini bilirsən. Bu təcrübəylə korporativ sektora girəndə görürsən ki, tam fərqli bir sektordur.
Daxili proseduralar, siyasətlər, dress-kod... Hansı ki, mən həkim olaraq dövlət strukturlarında belə şeylərlə tam rastlaşmırdım. Yəni
korporativ mədəniyyət, onun meyarları, inkişaf proqramları nədir, bütün bunların hamısını korporativ sektorda əldə elədim. Təbii ki, indi
hal-hazərda müstəqil konsultant kimi müştərini başa düşmək mənə daha asandır. Həm dövlət, həm də korporativ sektordan müştərilərim
olanda onların daxildə olan ehtiyacları nədir başa düşürəm. Yəni, onların fikrini hazırda müstəqil sahibkar, konsultant kimi çıxış
edəndə başa düşmək mənə daha asandır. Məncə, təcrübə nə qədər fərqli olsa, həmin biznes ledilər hansı ki, indi bu söz çox dəbdədir.
Biznes-ledilərə kömək üçün onlara hardasa təcrübə tolamaq lazımdır. Digər tərəfdən isə bu xanımlar 20-ci əsrin 90-cı illərindən artıq öz
şəxsi bizneslərinə başlayıblar, məsələn alqı-satqıyla bağlı. Onlar hazırda böyük bir təşkilat başındadırlar. Bax, onlar mənim
müştərilərimdirlər. Hansıki onlar da başa düşürlər ki, vaxtın bugünkü gündə tələbləri nədir. Məsələn, görürlər ki, hazırda keçmiş
idarətmə sistemi keçmir, yeni iddarəetmə sistemləri olmalıdır və onlar mənim kimi digər konsultantları da dəvət edilər. Biz bu
keyfiyyətlərin formalaşması üçün onların əməkdaşlarıyla çalışıb, daxili korporativ mədəniyyətini, hansısa satış bacarıqlarını artırırıq və
xüsusi proqramlar tərtib edib, təlimlər keçiririk.
 
Biznes qadınları necə dəyişdirir? bəzən elə olur ki, qadın bizneslə məşğul olanda sanki bir kişi obrazı yaranır və ya qadın
qorxur ki, istədiyi kimi geyinərsə, ciddiyə alınmaz. bax bu baxımdan biznes qadınları necə dəyişdirir?
 
Maraqlı sualdır. Əvvəllər məsələn, sahibkardan danişanda deyirdik ki, sahibkar obrazı özünəgüvənli, ambitsiyalı, xarizmatik kişi... İndi
bu təsvirin qarşısından "kişi" sözünü götürüb, yerinə "qadın" sözünü qoymaq, qəbul edilib, məqsədyönlüdür. Əvvəllər ancaq Avropa və
Amerikada görürdük ki, qadın sərbəst və müstəqil ola bilər. Lakin son illər həm possovet ölkərində, həm də bizdə bu çox normal qəbul
olunur ki, bu müstəqil, təkbaşına xanımdır. Əslində, bu çox pozitiv fenomendir ki, artıq öz uğurunu qazanıb, öz siyasətini, hədəflərini, nə
istədiyini bilir. Təbii ki, həmin zamanda bu xanım düşür risk qrupuna. Hansı ki, elə də adlanır - biznes-vumen. Bu onun öz risk
qrupudur. Birincisi, elə ondan başlayaq ki, xanımlar biznesdədir və onlar stress yaşayırlar. Yəni, stressiz biznes yoxdur. Digər tərəfdən,
həmin xanımda yuxusuzluq, və yoröunluq xronniki yuxusuzluq sindromu var. Əgər xüsusilə, xanim hələ üstəlik, ailədirsə. Çox hallarda
biznes-vumen ailəi olur, övlad sahibidir. Ən azı, o, ancaq bizneslə məğul ola bilmir. Bizneslə 12 saat məşğul olaraq, o evə qayıdıb ən azı
6 saat da ailə-məişət problrmlərini həll etməli, evdəkilərlə məşğul olmalıdır. Yəni, bu o deməkdir ki, həmin biznes-vumen 18 saat yatmır,
dincəlmir. Hələ yaxşı ki, paltaryuyan, qabyuyan makinələri, tozsoran və köməkçiləri var, hansı ki, məişət işlərini biraz yüngülləşdirirlər.
Sadəcə, ailədə həyat yoldaşı və övladlarıyla ünsiyyəti, ailədaxili problemlərin həlli üçün müzakirəsinə də vaxt lazımdır. Mən ailə
tanıyıram ki, qadın iş adamıdır, lakin buna baxmayaraq, övladı ancaq onun hazırladığı yeməkləri yemək istəyir. O, böyük bir biznes
adamıdır, lakin işdən evə gəldikdən sonra nahar hazırlamağa başlayır. Hələ bundan sonra övladlarının dərsləriylə də məşğul olur,
nəzarət edir. Bu da həmin xanımlardan enerji və vaxt tələb edir. Deyir ki, bunu həyat yoldaşı eləsə belə, yenə həmin proseduru özü də
həyata keçirir. Gecə saat 1-də yuxuya gedir. Soruşuram ki, siz həmin vaxtadək neyləyirsiniz axı, paltar yumursunuz, ev yığışdırmırsınız.
Cavab verir ki, həmin vaxt uşaqlarla dərs hazırlığına, həyat yoldaşımla nəyinsə müzakirəsinə və ünsiyyətə həsr olunur. Səhər saat 6-da
isə yuxudan durur. Bu xanımlar xroniki yorğunluq və yuxusuzluq sindromundan əziyyət çəkirlər. Təəssüf ki, stresslər, biznes görüşlər,
müzakirələr, səfərlər, xanımlarda daha çox guya "relaxs" gətirən mənbələr axtarışına səbəb olur. Bu da pis vərdişlərə gətirib çıxarır.
Siqaret, ya da alkoqollu içkilərin istifadəsi kimi... Fikir vermişəm ki, Rusiyada və Avropada biznes xanımlar belə vasitələrdən çox
istifadə edirlər. Onlar deyir ki, biznes görüşlərdə kişilərlə içməyə məcburuq ki, müzakirələrdə olaq. Təbii ki, buna görə məcburdurlar
hansısa alkoqol içkidən içsinlər, digər tərəfdən rəfiqələrlə, dostlarla bir araya gələndə dincəlmək üşün şərab və ya alkoqol içkilərdən
istifadə edir, siqaret çəkirlər və bunlar da pis vərdişlərdi. Həmin risq qrupuna aiddir emosional stabilliyin olmaması. Təbii, əgər xanımlar
 
böyük qərarlar verir, biznesi və ailəni idarə edirlərsə, kişilərlə bərabər bazarda öz adını saxlamalıdırlar. Lakin onun emosional zəkası
başlayır zəifləməyə. Belə zamanda o elementar nəyəsə böyük emosional reaksiya verir. Bu biznesin qadını necə dəyişdirməsinin
nümunəsidir. Digər tərəfdən isə, xanımlarda kişilərə məxsus vərdişlər əmələ gəlir; geyim, vücud dili, əl-qolla danışmaq, siqaret çəkmək,
içki içmək. Məsələ burasındadır ki, siqaret çəmək kişilərdə həmişə olub, amma indi baxırsan, Rusiya, Türkiyə işgüzar qadınları da
kişilərlə bərabər pis vərdişlərdən asılı vəziyyətdədirlər. Bütün bunlar hamısı bizim əsil təbii kimliyimizi dəyişdirməyə başlayır. Bu
neqativ bir haldır ki, belə xanəmlarda kişiləşmə sindromu əmələ gəlir.
 
Biznesdə uğur qazanan qadınların psixologiyasında hansı dəyişikliklər baş verə bilər? Bu dəyişikliklər nədən qaynaqlanır?
 
Uğur qazanan qadınlarda özünəgüvən artır. Evdə ya onu sıxırdılar, ya da necə deyərlər düşmənlərin acığına sübut etmək istəyir ki, mən
kiməm, özünü təsdiq etmək istəyir... Yaxud həyat yoldaşıyla münasibətləri pisiydi, neqativ təsirlər edirdilər, sıxırdılat onu, əgər onlar
ayrılıblarsa, yaxud da heç ayrılmayıblarsa, sadəcə həmin şəxsə özünü təsdiq etmək niyyətindədir. Öz üzərində işləməyə başlayır, qabağa
gedir. Digər tərəfdən ailədə qız uşağıdır, ona görə də həmişə olduğu kimi diqqət evin oğlunun üzərindədir,o isə bu diqqətdən kənarda
qalıb. Hələ də elə rayonlar var ki, qızlara təhsil almağa ehtiyac belə duymurlar. Hələ üstəlik, qınayırlarda ki, təhsil sənin nəyinə lazımdır,
ev işlərini gör, ailə qur, vəssalam. Təbii ki, bu situasiyanı qəbul etməyənlər öz üzərlərində ciddi-cəhdlə işləyirlər. Belə xanımlar daha çox
uğur əldə edirlər. Amma burada bir nüans da var, qadın bütün həyatını işə həsr edib "işqolik" olmasın. Yəni "mən zəhmətkeş qadınam,
hədəfə doğru getməliyəm" istiqamətində olmasın. Həmişə yeni tədqiqatlar aparıram ki, yeni ideyalar olsun. Bu yaxınlarda "İş və həyat"
adlı təlimə hazırlaşanda da çox maraqlı fenomenlə rastlaşdım. Başladım düşünməyə ki, məndə o var, ya yoxdur? Buna deyirlər "vaxt
nevrozu". Həmin xanımlarda vaxt nevrozu əmələ gəlir.
 
Vaxt nevrozu nədir?
 
Vaxt nevrozu o deməkdir ki, xanımlar fərqli məqsədlərlə, hədəflərlə beyin olaraq o qədər məşğul olurlar ki, onlarda təsadüfən, işdir
hansısa boşluq yarandısa, başlayırlar nevroz keçirməyə ki, nəyə görə həmin vaxt məndə boşdur. Həmən istəyirlər həmin vaxtı
doldursunlar. "Kiminlə vaxtı boş keçirməməliyəm". Deməli, həmin vaxtı faydalı işə sərf edənlər də olur, yəni xeyriyyə işlərinə, idmana,
aztəminatlı ailələrə başçəkmə, kitab oxuma və s. Digər tərəfdən isə, bunu içki məclisinə, siqaret çəkmə ilə balanslaşdıranlar da az deyil.
Hər bir insan vaxtı balanslaşdırmalıdır. İstirahət, iş, yuxu, saglamlıq, asudə vaxt, biznesin inkişafı, bunlar hamısı işgüzar xanım üçün
prioritet olmalıdır.
Həlimə xanım, əgər fikir vermisinizsə, bu sadaladığımız keyfiyyətlər Avropa ölkələrində yoxdur. Dünyaanı idarə edən xanım
liderlər saat 6-dan sonra işləmirlər. Həmin xüsusiyyətlər daha çox postsovet ölkələrində qalmaqda davam edir. Elə götürək
bizdə, saat 6-da işdən çıxıb gedən adamlara işəyovumaz kimi baxırlar. Niyə?
 
Elədir, hətta Avropada tələsən xanımlara çox da uğurlu xanımlar kimi baxmlrlar. Amma 6-da işdən çıxan xamımlar ondan sonra da
evə getmir, biznes görüşmələri, hansısa problemlərin həlliylə məşğuldurlar. Biznes görüşlərdə də ki, hansısa gələcək hədəflərin
müzakirəsidir. Bunlar hamısı doğrudur, konkret psixologiyada biraz dəyişiklik olmalıdır.
 
Bəlkə imicmeykere ehtiyacları var?
 
Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrində bütün iş adamlarının məsləhətçiləri, psixoloqları, imicmeykerləri var. Digər tərəfdən
uğurlu xanım odur ki, o ilk növbədə sağlamdır, ailədə harmoniyası var, nə üçün çalışdığını bilir və 3 prioriteti də biznesə doğru aparır.
Yox, enerjisini ititirir, ancaq biznes hədəflərinə görə çalışır, dostlar ailə, sağlamlıq, özünəbaxım, ümümiyyətlə, bunlar kənarda qalırsa,
həmin qadın artıq uğurlu biznes-vumən deyil. Bu ilk öncə dərketmədən başlamalıdır ki, mən bugünkü gündə kiməm? Bax yaxşı ki, biz
bu söhbəti ilin əvvəlində aparırıq. Çox istəyərdim ölkəmizdə bizneslə məşğul olan qadınlar dayanıb baxsınlar ki, onların bugünkü gündə
resursları nədir? Resursları nəyə imkan verir? Həqiqətənmi onlar sağlamılığı kənara qoyaraq, prioriteti biznesə etməlidirlər. Onsuzda
əgər biznesə qoşulsalar, stress vəziyyətləri artacaq. Stressin özü mənfi bir hal deyilsə belə, təzahürləri, fəsadları pisdir. Qeyd edim ki,
onkoloji xəstəliklərin mənbəyi 90-95 faiz stressdir. Artıq bu xəstəliyin hər kəsdə genetik olmadığı bəllidir. Bu təkcə onkoloji xəstəlik
yaratmır, insultlar, beyin qanamaları da baş verir və gənc insanların ömrünə son qoyur.
 
"Kişi kimi qadındır" ifadəsinə münasibətiniz? Kişiləşmə sindiromunun qadına vurduğu şüuraltı zərbələrin fəsadları nələr ola
bilər?
 
Fərdi olaraq, çox neqativ baxıram. Şəxsən mənə kimsə desə ki, kişi kimi qadınsan. Buna kompliment kimi də baxmıram, təhqir də
saymıram. Amma başa düşürəm ki, bu ifadəyə layiq görülən qadınları hansısa "+"-ara görə, kişilərə bənzədirlər. Halbuki, qadınlar özləri
bugünkü gündə sözündə dayanan, məqsədyönlü, idarəedən, qərarverəndirlər. Gender problemi də yoxdur. Lakin əgər biz deyiriksə ki,
bu xanım kişi kimidir, kişi kimi qərarlar verir, o zaman şüuraltı dəyişikliklər başlayır və ən pisi də odur ki, həkim olaraq demək
istəyirəm ki, bizim ən əsas xanımlığımızı saxlayan, kişilərdə bizə qarşı maraq, meyillilik yaradan estrogen hormonun ifrazı azalır.
Bax, bu problemdir. Testestoren artır, bu da yaxşı göstəricilər gətirmir. Əgər bizdə vücud dili dəyişirsə, məsələn, xanımlar ağır atletika
ilə məşğul olursa, ağır çəki qaldırırsa, təbii ki, onda testestorenin ifrazatı artacaq, estrogen ifrazı azalacaq. Estrogen ifrazı azaldıqda isə
avtomatik bütün fəsadlar başlayır, tsikl olaraq gedir. Qadında tüklənmə başlayır, tsikl dəyişmə ürək-damar sisteminə təsir edir, təbii ki,
bu da reproduktiv funksiyaya çox pis təsir göstərir. Klimaktroid dövrünü yaxınlaşdırır. Əvvəllər klimaks 50-55 yaşlarlnda baş veriridi,
indi isə, 40 yaşında. Niyə? Ona görə ki, estrogen azalır. Biznes-vumənlər də bu tez-tez baş verir. Estrogenin orqanizmdə faizinin
yoxlanması özü bir göstəricidir.
 
Bəlkə imicmeykere ehtiyacları var?
 
Əsas odur ki, bizdə hər kəs özünə görə, hansısa prioritetlər seçə bilər ki, iş və həyat balansı qorunsun. Axı həyatımız ancaq işdən ibarət
deyil. Həkim kimi başlayıram; necə qidalanıram, yatıram, idmanla məşğulammı, çəkim artıb-azalırmı, özümü nücə hiss edirəm, həkimə
sonuncu müraciət nə zaman olub və s. Digər tərəfdən hər bir insan öz üzərində işləməlidir, inkişaf etməlidir. düşünürük ki, hər gün
dünyada yeni məhsullar istehsal olunur və mən gündəmdə olmaq üçün -fərq eləməz hansı biznesdə - xüsusilə intelektual biznesdə, hər
gün uyğun olaraq 18 000 elmi məqalə dərc olunur, bunlardan ən azı birini oxumalıyıq ki, dünyada nə baş verdiyini bilək. Yəni, sabah
mövzu ətrafında sual-cavab olanda gündəmdə olasan, baş verən dəyişikliklərlə bərabər gedəsən. Bu özünü fərdi inkişafdı. Digər tərəfdən
biz təkcə fiziki deyil, həm də mənəvi olaraq inkişaf etməliyik.
 
Bəs mənəviyyat necə dəyişilir?
 
Mənəviyyatın dəyişilməsi xeyirxahlıqla, yardımlaşma, sərgilərə, teatra-konsertə getməklə baş verir. Özü də elə-belə konsertə yox,
həqiqətən yaradıcılığın məhsulu olan teatra, konsertə getmək lazımdır. İnam da məviyyatın formalaşmasında böyük rol oynayır. Yəni
mənəviyyatı mütləq düşünmək lazımdır. Asudə vaxt... Hamı deyir ki, asudə vaxtımı qoruyum. Bu həyatımızın 10 prioritetindən 8-dir.
Asudə vaxtdan səmərəli istifadə heç də idmanla məşğul olmaq demək deyil.
 
Deməli, "çox işləyirəm" sözüylə qürur duymaq hələ o demək deyil ki, həmin şəxs çox uğurlu adamdır...
 
Elədir, tamamilə düzdür. Uğurlu adam odur ki, həmin bu prioritetləri - orada hələ ailə, dostlar, qohumlar, münasibətlər də var, onları
dəyərləndirsin... Onlar yoxdursa, hansı münasibətlərdən söhbət gedə bilər? Əgər bu gün deyirsinizsə ki, mən uğur əldə etmişəm, satışım
yüksəkdir, amma tək-tənhayam, sağlamlığımda problem var, enerjim yoxdur, xroniki yorğunluqdan əziyyət çəkirəm, bezirəm, həyat
mənə maraqsız gəlirsə, yeni çanta və ya geyim alıram, çox gözəl. Amma sən onlarla hara gedirsən, hansı mənəviyyatı artırırsan? Nələr
edirsən ki, uğurlu xanım olasan? Uğurlu xanım üçün bir neçə meyar olmalıdır. Sən kimsən, bu sənin nailiyyətlərindir, enerjindir, əgər
bunlar bərabərdisə, sən uğurlu sayıla bilərsən.
 
Vücud dilinə bu sözün birbaşa təsiri nəticəsində hormonal dəyişikliklər yarana bilərmi? Qadın orqanizmində testesteron
hormonların səviyyəsini yüksəlməsində bu amillərin təsiri varmi?
 
Tamamilə doğrudur, əgər vücud dili dəyişirsə, jestlər xanımlığı itirirsə, xanımlar çox jestlər edirlərsə, əgər bu sadəcə hansısa
ictimaiyyət qarşısında çıxış deyilsə, hansısa xanım kişilərin istifadə etdiyi jestlərdən hədsiz istifadə edirsə, təbii ki, bu meyllik yaradır
ki, testtestoren artsın. Eləcə də, kişilərə xas idmanla məğul olanda da bu baş verir. Yəni böyrəküstü vəzlərdə testestorenin ifrazı artacaq.
Estrogen daha çox düzgün qida ilə, meyvə-tərəvəz, yaşıllıq, tərkibində selen olan qidalar vasitəsiylə, yoqa ilə, düzgün tənəffüslə artır.
Yoqa təlimində elə pozalar var ki, estrogenin ifrazını artırır. Ona görə də qadınlarımız, xüsusilə də işgüzar xanımlarımız bunlara diqqət
etməlidirlər.
 
Ailə ya iş? İkisini bir ortamda tənzimlək üçün nələrə diqqət edilməlidir? Balansı qorumaq üçün vacib amillər...
 
Mən həmişə deyirəm ki, stress yaradan amillərdən biri də odur ki, insanlar özlərinə prioritet seçə bilmirlər. Bu xüsusilə belə xanımlara
aiddir. Əgər xanım cavan yaşlarından karyeranı prioritet götürürsə və buna xüsusilə imkanlar var - universitet, magistratura, rezidentura
və digər yollar, hansı ki, kişik mütəxəsislikdən başlayır böyük liderə çevrilməyə. Təbii, orada nə qədər imkan olacaq ki, ailə qursun,
düzgün vaxt ayrılsın, dünyaya övlad gətirsin... Təbii ki, o prioritet seçməlidir. Digər tətəfdən elə xanımlar var ki, onların prioreteti "gözəl
ailəm olsun"dur. Həqiqətən həmin xanımın gözəl, ugurlu ailəsi də olur, dünyaya övladlar da gətirir, həyat yoldaşına dəstək də olur.
Lakin 40-45 yaşlarında belə xanımlar özlərini cəmiyyətə lazımsız adam kimi hiss edirlər. Deyinirlər ki, axı niyə 18-20 yaşlarında təhsil
almamışam. İndi övladlarım böyükdür, Deməli, xanımların həyatında hər şey paralel getməlidir. Yəni, burada qızıl ortam tapmaq
lazımdır. Elə seçim etmək lazımdır ki, həm karyeran olsun, həm də ailən. Elə xanımlar tanıyıram ki, onlar həqiqətən uğurlu insanlardır.
Onlar hər işi vaxtında görüblər. Hər yeni ilin başlanğəcənda köhnə ilin "+" "-"ları təhlil edilməlidir, hansı prioritetdə zəiflik olub, bu il
onu mütləq aradn qaldırmaq lazımdır. Məsələn, bu il qış tətilini qızımla başqa ölkədə keçirdim, qayıdan kimi həmən yoqaya başladım.
İndi onun müsbət təsirini hiss edirəm, yuxum düzəlib, gözəl ideyalar yaranır...
 
Belə dəyişikliklərin baş verməməsi üçün nələrə diqqət etmək lazımdır? Psixoloqa müraciət ya dəbüstora?
 
Təbi hər bir şey bizim beynimizdən başlayır. Xarici görkəm də əsas faktordur. Elementar saçı boyayıb, forma verəndə əhval-ruhiyyədə
yüksəliş olur. Sevinc vaxtlarını bol etmək lazımdır. Sevinci mükafat kimi qəbul etməməliyik, buna vərdiş etmək lazımdır. Biz axı nəyə
görə özümüzə ayırdığımız vaxtı əvvəlcədən mükafat kimi düşünməliyik. Filan işi gör, filan mükafatı al. Bu bizim rejimimizdə olmalıdır.
Bax, elə onda bilirik ki, mənim sevinc payımda imkanım var. Ümumiyyətlə, bu mənə borc olmamalıdır ki, mən nəyisə edim, sonra
dincəlim. Pulu qazanmaq azdır, onu sağlamlığa, istirahətə, asudə vaxta, fərdi inkişafa və ailəyə xərcləməyi də bacarmaq lazımdır.
.
Qadln üçün biznes sahəsində "yüksəklikdə" dayanmaq azdır, o həm də qadınlıq kriteriyalırını da qoruyub saxlamağı
bacarmalıdır. Bu sahədə psixoloq kimi məsləhətləriniz...
 
Çox istəyərdim ki, qadınlarımız vücud dilinə diqqət etsinlır; onlar danışanda simaları nəyi ifadə edir, əl-qolu hardadır, ayaqları hansı
formada saxlayıb, duruşu necədir? Onlara uyğun pozalar var; oturuş, duruş, hansı jestlərin uyğun olub-olmaması, maneralar, səs tonu
necə olmalıdır... Hansı jestlər kişilərə uyğundur, onlardan qaçmaq lazımdır. Modulyasiya necə gedir, nitqi və səsimizi necə dəyişdiririk,
bütün bunlara riayət olunmalıdır.
 
Hansı statusda olmasına baxmayaraq, qadının hər zaman xanımlığında qalması vacibdir. Belə olarsa, deməli, o qadın sözünün
hər mənasında yüksəklikdədir... Bəziləri isə düşünür ki, onlar üçün əsas işdir... Əsas təkcə işdirmi?
Məncə, xanım harmoniyada olmalıdır. Onda qadın sevinir, sevinəndə isə üzündən nur tökülür, onda başa düşürsən ki, qarşındakı qadın
həqiqətən xoşbəxtdir. Hər bir xanım xoşbəxt olmalıdır.
 
Şirkətin üzü hesab edilən qadın rəhbərlər üçün onu əhatə edən insanlar arasında avtoritet olması xüsusilə vacibdir. Həmkarları
arasında uğur əldə etmək və seçilmək, tərəfmüqabillərinin və əməkdaşlarının hörmətini qazanmaq, müştərilərində yüksək və
xoşagələn təəssürat yaratmaq üçün manerada və düzgün seçilmiş qarderobda nələrə diqqət edilməlidir?
Bu çox gözəl sualdır. Bu sualın cavabın böyük layihələrin tərkib hisssi kimi təqdim etmək lazımdır. Şəxsən mən özüm ruhi-əsəb
xəstəxanasında çalışarkən istədiyim makiyajdan, saç düzümündən istifadə edə bilmirdim, ya da elə geyimimdə. Ona görə ki, bu
xəstələrdə qıcıq yaradaa bilərdi, ya da düzgün təəssürat, obraz hesab edilməyəcəkdi. Eyni zamanda xəstəxanadan ayrılarkən məndə belə
problem yaranmışdı, makiyajdan çox istifadə edirdim. Uyğun olub-olmamasını bilmirdim. İndi isə maşallah, bu haqda informasiya
çoxdur, maarifləndikcə, yerinə görə istifadə edirsən. Eləcə də parfümlərdə. Elə xanımlar var ki, ümumiyyətlə, hansı parfümdən nə vaxt
və harada istifadə etməyi bilmirlər. Səhər ya axsham, ya biznes görüşünə həmin parfümü necə istifadə etmək olar? Parfümü kostyuma,
saça vurmaq olar ya yox? Layihələr həyata keçirilərkən bu sahə üzrə ixtisaslaşmış mütəxəsislər ekspert qismində təlimlər, master-klasslar
keçirlər. Hətta özümə də maraqlıdır, parfümləri bədənin hansı hissəsinə vuraq ki, ciddi görünək. Ümumiyyətlə, parfümü biznes
görüşdən 5 dəqiqə əvvəl istifadə etmək ya səhər vurmaq yğundur? Yəni bu kimi suallar əksəriyyət xanımlarda var.
 
 
"Boss" qadınların qarderobunda şalvar-kostyum, ətəklik, ya donlara üstünlük verilməlidir? Yaxud geyim dəvət olunduğu yerə,
tədbirə uyğun seçilməlidir? Bu sahədə digər alternativlərə ehtiyac varmı?
 
Biznes-vumən üçün qarderob, ümumiyyətlə, çox zəngindir. Müxtəlif şalvarlar, ətəklər, donlar, kostyumlar vacibdir. Lakin bu
geyimlərdən yerinə görə istifadə etmək münasibdir. Bu haqda ekspertlər danışsa daha maarifləndirici olar.
Boss qadınların makiyajında önəmli çalarlar hansılardır?
 
Məncə, başlıcası hər bir qadının üzü təravətli olmalıdır, əgər qadın özünə qulluq , baxım etmirsə, bu həmən bilinir. Silinməmiş üzə
altdakı makiyajın üzərindən yenisini etmək, stressi, yoğunluğu gizlətməyəcək. Xanımın üzü birinci növbədə təmiz, təravətli
görünməlidir. Yalnız ondan sonra bu xanım öz biznesinə uyğun makiyaj etməlidir. Boz rəngdə görünməmək, parlaq olmaq üçün. Amma
gündəlik makiyajla axşam makiyajının yerini qarışıq salmamaqla...
 
Biznes ledilər zinət əşyaları seçərkən nəllərə diqqət etməlidirlər?
 
Bütün bunlar biznes-vumənin hansı tədbirə qatılmasından asılıdır. İş görüşmələrində diqqət yayındıran zinət əşyalarından istifadə
məqsədəuyöun deyil. Yerinə görə, az gözə çarpan və ya əksinə ola bilər. Mənə görə, konkret tədbirlərdə əsas qolda saat və qulaqda
hansısa xırda sırğalardır. Lakin gecə tədbirə gediriksə, hər şey ona uyğun olmalıdır. Bu sualları da ekspertlərə yönəldəcəyik, onlar bütün
bunların izahlarını verəcəklər. 2008-ci ildə Yaponiyada stil qadınların bir ortamda necə dəbli geyinməsini görmüşəm. Məncə ən dəbli,
stilli biznes-vumenlər orada yaşayırlar. Orada fikir verdim ki, xanım gəlir, onun qələmi, kəməri və saçtutanı eyni brenddəndir və eyni
formadadlr. çox sadə, açıq rəngli paltar və sadaladıqlarım səni cəlb edir. yəni bu baxır artıq insanın fərdi zövqünə...
 
Gülnaz Qənbərli

 

Şərhlər