Niyazi Bayramov sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb

12.03.2019 14:33     Sosreaksiya     718

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərdən növbətisi Gəncənin M.S.Ordubadi küçəsində baş tutub.

Görüşdə iştirak edən vətəndaşlar problemlərini dilə gətirib, şikayət və təkliflərini səsləndiriblər. Sakinlər şəhərdə aparılan abadlıq quruculuq işlərini müsbət qarşıladıqlarını bildirib, göstərilən diqqət üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Gəncənin qeyd olunan hissəsində yaşayan sakinlər avtomobil yollarının təmirini istəyib, ərazidə çirkab sularının axıdılması üçün kanalizasiya xəttlərinin olmadığını dilə gətiriblər. Bunlarla yanaşı sakinlər gecə işıqlandırılması sisteminin bərpasını, habelə məişət tullantılarının toplanması üçün zibil qutularının qoyulmasını xahiş ediblər.

Niyazi Bayramov bildirib ki, Gəncədə reallaşdırılan içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 5-ci mərhələsinin icrası zamanı qeyd olunan problem aradan qaldırılacaq və yalnız layihə yekunlaşdıqdan sonra asfaltlanma işlərinə başlanılacaq. O vaxta qədər isə ərazidə olan avtomobil yollarının səhmana salınması, gecə işıqlandırılması sisteminin bərpası, habelə məişət tullantılarının toplanması üçün zibil qutularının qoyulması istiqamətində müvafiq qurumlara göstərişlər verilib.

Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmiri, xusisi evlərin sənədləşməsi kimi məsələlər də yer alıb.  Dilə gətirilən bütün şikayət və təklifləri dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin qanuna müvafiq olaraq aradan qaldırılması üçün tapşırıqlar verib.

Reaksiya.az

Şərhlər