Erməni ordusu Qarabağda itki verdi

27.03.2019 13:11     Sosreaksiya     845

Dünən Qarabağda 21 yaşlı erməni hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb və onun hərbçi yoldaşı həbs edilib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Naira Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, 21 yaşlı hərbçi öz yoldaşı tərəfindən öldürülüb.

“Martın 26-da kiçik çavuş Ara Arakelyan ölümcül güllə yarası alıb, kiçik çavuş Andranik Koşkanyan isə sol bilək nahiyəsindən yaralanıb. Faktla bağlı cinayət işi açılıb. Həlak olan həbrçinin yoldaşı saxlanılıb”.

Ötən gün Qarabağda erməni hərbçi aldığı güllə yarasından ölüb.

Axar.az xəbər verir ki, ötən gün saat 18:40 radələrində Qarabağın şimal-şərq hissəsində yerləşən erməni hərbi hissəsində 1998-ci il təvəllüdlü əsgər Ara Arakelyanın aldığı güllə yarasından öldüyün bildirilib.

Ölümün hansı şəraitdə baş verdiyi araşdırılır.

Reaksiya.az

Şərhlər