Avropa yay-qış vaxtına keçməyi ləğv etdi -2021-dən saatlar irəli-geri çəkilməyəcək

27.03.2019 14:31     Sosreaksiya     773

Avropa İttifaqının qanunverici orqanı – Avropa Parlamenti yay-qış vaxtına keçidin ləğvinə səs verib. Martın 26-da çıxarılan qərara görə, 2021-ci ildən saatın irəli-geri çəkilməsi dayandırılır. Yay və ya qış vaxtında qalmağa ittifaqın hər ölkəsi özü müəyyənləşdirəcək, bundan sonra Avropa Parlamenti yekun qərar çıxaracaq.

Novator.az bildirir ki, hazırkı qaydaya əsasən, Avropa İttifaqında hər il martın son bazar günündən əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabrın son bazar günündən isə əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtı tətbiq olunur.

Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Reaksiya.az

 

Şərhlər