İstanbulda Azərbaycanlı gənc liderlərinin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi. - FOTOLAR

08.04.2019 13:36     Sosreaksiya     1088

Bu gün İstanbulda Azərbaycanlı gənc liderlərinin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi. “Azərbaycan ordusunun 2016 Aprel zəfəri , şəhidlərini anma ve şeir programı” devizi ilə İstanbulda anım tədbiri keçirildi. Türk Ədəbiyyatı Vakfının, İrak Türkmən Kültür və Dayanışma dərnəyi və Azərbaycan Gənclərinin İstanbul Hərakatının təşkilatı dəstəyi ilə təşkil edilən tədbirdə Türkiyə, Azərbaycan, Təbriz, Borçalı ve Kerkük türkləri iştirak edirdi. İlk olaraq, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə tədbirin təşkilatçılarından Azəbaycan Yazıçılar Birliğinin üzvü, Azərbaycan Gənclərinin İstanbul Hərəkatı idarə heyətinin üzvü Qabil Ədalət açaraq Aprel, ardınca da Afrin zəfərindən dolayı bütün türk dünyasını bir daha qutladı. Sonra tənqidçi-yazar Rübabə Sahib Aprel döyüşlərinin təfərrüatları, o cümlədən Lələtəpə əməliyyatı, ordumuzun hərbi-texniki hazırlığı, silah-sursat arsenalımızın müasirləşməsi, aprel zəfərinə beynəlxalq aləmdə verilmiş dəyər haqqında geniş məlumat verərək həmin döyüşlərdə qazanılan qələbə nəticəsində Azərbaycan xalqında böyük ruh yüksəkliyinin yarandığını bildirdi. Daha sonra iştirakçılar - AGİH-in rəhbəri Rəşad Rza, Sosial şərhçi Ramidə Məmmədova, gənc fəal Ağa Əlizade, İstanbulda fəaliyyət göstərən Irak Türkmən Kültür və Dayanışma Dərnəyinin üzvü Ümid Kərkük, Türk şairleri Ankara'dan Kəmaləddin Kalkan, Mehmet Ali demircan, Hamdi Balık, Kerküklü şair Eyyub Kərkük, Ankara Sənət Platformunun Azərbaycan üzrə rəsmi nümayəndəsi Qalibə Cəfərova, tədbirin təşkilatçılarından gənc şair, AYB-nin üzvü, Günay Nəriman, və gənc şair, DGTYB üzvü Gülnarə İsrafil çıxışlarında Lələtəpədə qazanılan qələbənin mahiyyətindən və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib öz şeirlərini səsləndirdilər. Tədbirdə QHT ve bir sıra mediya nümayənləri, o cümlədən TRT-nin əməkdaşı Ahmet Bahceci iştirak edirdi. Tədbir Türkiyəli Ud ifaçısının bəstələdiyi "Qarbağlı uşaq" əsəri ilə yekunlaşdı. Reaksiya.az

Şərhlər