Valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər

12.04.2019 14:59     Sosreaksiya     733

Azərbaycanda valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər. Bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib.

Bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə veriləcək “Şəxsi kabinet”ə inteqrasiya olunacaq. "myGov"un bildiriş sistemi ilə valideynlərə SMS və elektron poçt vasitəsi bildirişlər göndəriləcək.

“Valideynlərə bildiriş göndəriləcək ki, körpəyə ad verilsin. Bu prosesi də məsafədən, elektron qaydada həyata keçirmək mümkün olacaq”, - deyə Mərkəzdən bildiriblər.

Reaksiya.az

 

Şərhlər