Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ - Erməniləri müharibə qorxusu BÜRÜDÜ

24.04.2019 15:09     Sosreaksiya     887

Ermənilər cəbhədə hər an yeni müharibənin başlayacağı qorxusu içində yaşayırlar.

Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “rəhbər”inin “məsləhətçisi” Tiqran Abramyan təmas xəttində nisbi sakitliyin olduğunu deyib.

Lakin o qeyd edib ki, vəziyyət istənilən an toqquşmaların başlaya biləcəyini göstərir.

“Azərbaycan Ordusu intensiv şəkildə silahlanır, hərbi təlimlər keçirir və daim döyüş vəziyyətindədir. Cəbhənin o tərəfində Azərbaycan Ordusu vaxtaşırı mühəndislik işləri aparır, mövqelərini möhkəmləndirir, infrastrukturları yeniləyir”, - deyə separatçı müharibə qorxusunu gizlətməyib.

Reaksiya.az

Şərhlər