Düşmənə qarşı virtual müharibə başlayır - VİDEO

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual müharibə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) layihənin icrasına start verib.

Təşkilatın sədri Zaur Qəriboğlunun verdiyi məlumata görə, bu simvolik ad altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olmasına çalışmaqdır. Belə ki, cəmiyyət olaraq, informasiya müharibəsinin vacibliyini dərk edəriksə, dünyaya da haqq səsimizi çatdıra bilərik.

Təbii ki, düşmən bu mübarizəyə bizdən çox əvvəllər başlayıb. Bu gün ermənilərin 10 - larla saytı bizim əleyhimizə fəaliyyət göstərir. Ermənilər informasiya sahəsində ixtisaslaşaraq fəaliyyət göstərirlər. Amma heç vaxt gec deyil, hesab edirik ki, hər anın bir hökmü var. Bu üzdən də cəmiyyətin toplu şəkildə bu mübarizədə dövlətimizin yanında olmasını təmin etməyi məhz, QHT – lərin, media qurumlarının üzərinə düşür. Bizlər Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək, ciddi və doğru maarifkləndirmə işləri apara biləriksə, bu bizim növbəti qələbəmizin başlanğıcı ola bilər. Çünki hazırda ölkəmizdə ideologiya ilə işə çox az yer ayrılır. Hansı ki, bütün sahələrdə naliyyətin əldə olunmasında əsas rolu məhz, ideoloji iş tutur. Bu üzdən də “Virtual müharibə” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib hesab edirik.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar