""Heydər Əliyev və Qarabağ” sənədli filmin çəkilməsi” adlı layihəyəyə start verildi

03.05.2019 15:51     Sosreaksiya     769

Reaksiya.az xəbər verir ki, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi “Heydər Əliyev və Qarabağ” sənədli filmin çəkilməsi” layihəsinə start verdi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsinin icrasına start verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.

Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunan sənədli filmdə millət vəkilləri, tanınmış ictimai xadimlər öz xatirələrini və fikirlərini bölüşəcəklər. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar