Eldar Əzizov: “Bakının yeni inkişaf strategiyası hazırlanmalıdır”

“Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır və bu gözəlliyi qoruyub-saxlamaq üçün paytaxtın yeni inkişaf strategiyası hazırlanmalıdır”.

Virtualaz.org bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar İttifaqı İdarə Heyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə keçirilən "Bakının şəhərsalma inkişafı" mövzusunda plenumda deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Bakı Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində ciddi şəkildə inkişaf edir.

“Bu gün Bakının yeni Baş Planı hazırlanır. Sürətli inkişaf bəzən problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir”, - deyə E.Əzizov əlavə edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar