Gəncə şəhərində “Virtual mübarizə” adlı silsilə tədbirlər keçirilib - FOTOLAR

27.05.2019 12:30     Sosreaksiya     904

Bu gün Azərbaycan ərazilərinə qarşı təkcə işğalçılıq müharibəsi aparılmır. Ölkəmizə sosial şəbəkələr vasitəsilə də də kifayət qədər informasiya müharibəsi aparılır və kimin ağlına nə gəldi düzə-yalana baxmadan yayımlayır. Belə olan halda hər bir azərbaycanlıyam deyənin aktivliyi, yayılan informasiyalara münasibət bildirməyi olduqca böyük önəm daşıyır. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual mübarizə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) layihənin icrası ilə əlaqədar olaraq Gəncə şəhərində 22.05.2019 -cu il tarixində Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiyalar, 23.05.2019 -cu il tarixində isə Gəncə Dövlət Universiteti və N saylı hərbi hissədə “Virtual mübarizə” adlı silsilə təbdirlər keçirmişdir.


 Birliyin sədri, jurnalist Zaur Qəriboğlu, “ Türk Dünyası” qəzetinin baş redaktoru Aybəniz Qafarlı internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və “Virtual mübarizə” də gənclərin maarifləndirilməsinin vacibliyindən danışdılar.

Dünyanın kiçik bir smartfon telefona sığdıgını düşünsək sosial şəbəkələrdən istifadə edən gənclərimiz bu yöndə diqqətli olmalı, ölkəmizin nüfuzuna xələl gətirəcək hər hansı bir məlumatı yaymaqla düşmənə köməklik etdiklərini bilməlidirlər.  ‘’Virtual mübarizə’’ simvolik adı altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirməklə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdıraraq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin  rolunu və fəal iştirakçılığının mühüm rolundan bəhs edilib, informasiya müharibəsində onların mövqeyinin və fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdıraraq, gənclərimizi bu yöndə aktiv olmağa çağırdılar.

Reaksiya.az

Şərhlər