Milli Məclisin iclası başlayıb

30.05.2019 13:02     Sosreaksiya     660

Mili Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. İlk olaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə komitə sədri Əli Hüseynli məlumat verdi.

Deputat Qüdrət Həsənquliyev söz alaraq dedi ki, layihədə Müvəkkilin Milli Məclisə qanunvericiliklə bağlı təkliflər vermək hüququnun olduğunu vurğuladı. Bildirdi ki, hər bir Azərbaycan vətəndaşı təkliflərini verə bilər. “Hələ Ombudsmanın təklifi əsasında Milli Məclisdə hansısa qanunun qəbul edildiyini mən xatırlamıram”-deyən deputat Ombudsman İnstitutunun əhəmiyyətini artırmaq üçün layihəyə əlavələrin edilməsini zəruri saydı.

Spiker dedi ki, bu, ilk oxunuşdur, növbəti oxunuşlarda bu məsələyə baxıla bilər.  

Konstitusiya qanunu layihəsi səsə qoyularaq 98 səslə qəbul edildi.

Şərhlər