Üç ali məktəbin diplomunun Türkiyədə tanınmaması... - TN

Bakı Mühəndislik Universitetinin, Odlar Yurdu Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı informasiyalar hələlik dəqiqləşdirilməmiş xəbərdir.

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, bu barədə Türkiyə tərəfindən rəsmi məlumat daxil olmayıb:

“Hansısa universitetimizin diplomunun Türkiyədə tanınmaması ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir şey olarsa, biz bunu araşdıracağıq. Ən azı biz hər bir Azərbaycan universitetinin, xüsusilə də dövlət universitetlərinin verdiyi təhsilə inanırıq. Əgər anlaşmazlıq olarsa, nazirlik bu problemi aradan qaldıracaq”.

Qeyd edək ki, bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov sözügedən universitetlərin diplomlarının Türkiyədə tanınmadığını açıqlamışdı.

Advertisement Banner

Şərhlər